15 Avqust 2026 / 09:40

Yaponiya İmperatorundan 1945-ci ildə müharibənin bitməsinin ildönümündə peşmançılıq hissi

Yaponiya İmperatoru Naruhito 1945-ci ildə İmperator Hirohitonun İkinci Dünya Müharibəsinin bitməsini elan etməsinin 81-ci ildönümü münasibətilə keçirilən mərasimdəki çıxışında “dərin peşmançılıq hissi keçirdiyini” bildirib.

Tezadlar.az xəbər verir ki, monarx dərin peşmançılıq hissi ilə müharibənin dəhşətlərinin bir daha təkrarlanmamasını səmimi qəlbdən arzuladığını və bütün Yapon xalqı ilə birlikdə qurbanlar üçün kədərləndiyini və “dünya sülhü” və Yaponiyanın daha da inkişafı üçün dua etdiyini bildirib.

15 avqust 1945-ci ildə İmperator Hirohito müharibənin bitdiyini elan edərək ölkənin məğlubiyyətini faktiki olaraq etiraf edib. Bir gün əvvəl Yaponiya təslim olmağı tələb edən Potsdam Bəyannaməsinə qoşulmuşdu. Yaponiyanın təslim olması haqqında akt 2 sentyabr 1945-ci ildə imzalanıb.

Hər il avqustun 15-də Yaponiyada İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir.

Daha əvvəl vətənpərvər İssui-kai təşkilatının sədri Mitsuhiro Kimura Yaponiyanın Baş naziri Sanae Takaiçi və onun sələflərinin Xirosima və Naqasakinin atom bombardmanlarından danışarkən ABŞ-ı xatırlamamalarını təklif etmişdi, çünki ölkə hələ də Amerika işğalı altındadır.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!