Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında kütləvi atışma baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli WKYT televiziya kanalı məlumat yayıb.
Leksinqton polisi hadisə nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin yaralandığını bildirib. Yaralananlar arasında dörd yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki yetkin yaşlı şəxs var. Onların xəsarətləri həyati təhlükə yaratmır.
Lakin polis hələlik şübhəli barədə məlumat yaymayıb.