Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir gün əvvəl, Rusiya prezidenti Vladimir Putinin Kuril adalarındakı İturup adasına səfərindən sonra Yaponiyanın Baş naziri Sanae Takaiçi bunu qəbuledilməz elan edib.
Tezadlar.az xəbər verir ki, bu etiraza Rusiya Xarici İşlər Nazirliyindən sərt cavab gəlib.
“Takaiçi hər şeyi fəlakətə çevirir. Və başa düşmürəm ki, Yaponiya niyə Rusiya ilə danışıqlar aparmağa çalışmır, əksinə, Putinə qarşı qınaqla çıxış edir, halbuki mübahisə etməkdənsə ortaq məxrəc tapmaq daha məntiqlidir… Takaiçi Qərb düşərgəsində güclü anti-Rusiya mövqeyi tutub və bu, Yaponiyanı fəlakətə aparır”, – deyə Britaniyalı hərbi analitik Aleksandr Merkuris YouTube kanalı Duran-da bildirib.
Analitik qeyd edib ki, Yaponiya ilə Rusiya arasında münasibətlərin pisləşməsi Yaponiyaya daha çox zərbə vuracaq.
SP əvvəllər Yaponiyanın baş nazirinin Rusiya prezidentinin hərəkətlərini tənqid etmək hüququ olmadığını bildirmişdi.
ELBAR