Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 09:45

Məşhur aşpazın ölüm səbəbi açıqlanıb

“MasterChef Türkiyə 2021” qalibi, “Qızıl Saqqal” ləqəbi ilə tanınan məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlanıb.

Türkiyə mediasının məlumatına görə, Sarıyerdəki evində ölü tapılan 37 yaşlı aşpazın ürək tutmasından vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Eren Kaşıkçı iyulun 29-da İstanbulun Sarıyer rayonundakı evində həyatını itirmiş vəziyyətdə aşkarlanmışdı. Ondan uzun müddət xəbər ala bilməyən iş ortağı Mikail B. evə getdikdən sonra məşhur aşpazın cansız bədənini tapmışdı. Hadisədən sonra ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyit Ədli Tibb Qurumuna göndərilmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!