Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 11:15

Belçikadakı meşə yanğınını söndürmək mümkün olmayıb – artıq Almaniya sakinləri də təhlükədədir…

Belçika tarixində 3000 hektar ərazini məhv edən ən böyük meşə yanğını Almaniya sərhədinə doğru irəliləyir.

Ölkənin şərqindəki Hautes-Fagnes Milli Təbiət Qoruğunda baş verən yanğın cümə günündən bəri davam edir. Belçikanın hər yerindən, eləcə də Almaniya və Lüksemburqdan olan yanğınsöndürənlər onu söndürmək üçün çalışırlar.

Ordu və yerli fermerlər də yanğınla mübarizəyə cəlb olunublar.

Yanğın Belçika üçün rekord qıran yanğındır və təxminən 1400 hektar ərazini əhatə edən 2011-ci ildəki yanğının ikiqatından çoxdur.

Belçika sərhədi yaxınlığındakı Almaniyanın Monschau şəhərində hakimiyyət orqanları sakinlərdən evlərini tərk etmələrini istəyib.

Bu arada, digər Avropa ölkələrində də meşə yanğınları davam edir.

Belə ki, Yunanıstanın Salamis adasında baş verən yanğında iki nəfər ölüb. Araqonda (İspaniya) isə 16600 hektar meşə sahəsi məhv olub.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!