Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 12:11

HƏMAS -dan Qəzza ilə bağlı mühüm qərar – Cared Kuşnerə söz verildi

HƏMAS ABŞ Prezidentinin nümayəndəsi Cared Kuşner və Misir Sülh Şurası ilə görüşdə silahsızlaşdırmağa hazır olduğunu təsdiqləyib.

Bu barədə Axios məlumat yayıb.

Nəşrin mənbəsi 90 dəqiqəlik görüşü “çox məhsuldar” adlandırıb, çünki görüşdə HƏMAS-ın öhdəliklərini yerinə yetirmək üçün praktik addımlar atdığına əmin olub.

Qeyd olunur ki, Cared Kuşner görüşdən HƏMAS rəhbərliyinə təzyiq göstərmək və silahsızlaşdırma istiqamətində konkret addımlar tələb etmək üçün istifadə edib.

“Heç bir qeyri-müəyyənlik ola bilməz: HƏMAS öz idarəetmə səlahiyyətlərindən, bütün silahlarından və hərbi infrastrukturundan imtina etməlidir. Və Qəzza bir daha heç vaxt İsrail üçün terror mənbəyi ola bilməz”, – deyə mənbə Axios-a bildirib.

Danışıqlar ABŞ sülh planının növbəti mərhələsinə keçid məsələsinə yönəlib. Əsas şərtlərə HƏMAS-ın Qəzza zolağının idarəçiliyini Fələstin texnokratik hökumətinə təhvil verməsi və anklavın gələcəyində hər hansı siyasi və hərbi roldan tamamilə imtina etməsi daxildir.

İsrail üçün “müvafiq addımlar” beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi, Rəfah bölgəsində yenidənqurma işlərinin başlanması və qoşunların mərhələli şəkildə çıxarılması ilə bağlı müzakirələri əhatə edir. Həmas planın ikinci mərhələsi üçün yol xəritəsi ilə razılaşdığını təsdiqləyib. Bu mərhələyə daimi atəşkəs, İsrail qoşunlarının tamamilə çıxarılması, humanitar yardım və yenidənqurma daxildir. Eyni zamanda, qruplaşma İsrailin davam edən hücumlarından narazılığını bildirib və İsraili razılaşmanın birinci mərhələsini yerinə yetirməməkdə günahlandırıb.

Kuşner indi İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahu ilə görüşəcək.

Səfərin məqsədi İsrailin Qəzzanın silahsızlaşdırılmasına cavab olaraq atmalı olduğu addımları müzakirə etmək olacaq.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!