Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məlumata görə, Fransanın qərbindəki Landes əyalətində günlərlə davam edən və 1700 hektar ərazini məhv edən yanğın nəzarət altına alınıb.
Tezadlar.az bildirir ki, Landes prefekturasının ABŞ-da yerləşən X şirkətinin sosial media platforması vasitəsilə verdiyi açıqlamada 13 avqustda Lugnon kəndində başlayan yanğının lokallaşdırıldığı bildirilib.
Məlumatda yanğın səbəbindən təxliyə edilən 250 sakinin evlərinə qayıda biləcəyi qeyd edilib.
Təxminən dörd gün davam edən yanğın 1700 hektar ərazini məhv edib.
Tarixin ən pis yanğın mövsümünü yaşayan Fransa bu il 117.000 hektardan çox ərazini alovlar yandırıb və dörd yanğınsöndürən həyatını itirib.
ELBAR