Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsi üzrə işçi axtarır.
Tezadlar.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında elan yerləşdirilib.
Qeyd olunub ki, MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Həmçinin müraciətləri müvafiq şöbələrə yönləndirəcək, səfirlik icmasına keyfiyyətli və operativ xidmət göstərilməsinə kömək edəcək.
Vakansiya üzrə qoyulan tələblərə gəlincə isə, namizəd ən azı iki il universitet təhsili almış olmalı, 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalıdır.
Eyni zamanda namizəddən ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.
Qeyd edək ki, vakansiya üzrə təklif olunan əməkhaqqı məbləği illik 23,575 dollar (təxminən 40 min manat) nəzərdə tutulub.