Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbul hava limanı (IST) avqustun 16-da Avropada sutkalıq sərnişin axını və uçuşların sayına görə növbəti rekorda imza atıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama məlumat verib.
“İstanbul hava limanı Avropada reyslərin sayı və sərnişin axını üzrə tarixi rekordları bir daha yenilədi. Avqustun 16-da yeni zirvə fəth olundu. Hava limanı 290 287 sərnişinə xidmət göstərib və 1 739 reysi həyata keçirib”, – deyə nazir bildirib.
Qeyd edək ki, əvvəlki rekord avqustun 9-da qeydə alınmışdı. Həmin gün hava limanı 289 732 sərnişinə xidmət göstərmişdi.