Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Norveçdə gəmi sirenası ilə sahildə yatmış ağ ayını oyadan kişi 50 min kron, təxminən 8 min manat məbləğində cərimələnib.
Tezadlar.az xəbər verir ki, hadisə avqustun əvvəlində Şimal qütbündən təxminən min kilometr aralıda yerləşən Şpitsbergen adasının şimal-qərbindəki fyordlardan birində baş verib.
Ərazidən keçən gəminin sərnişinləri və ya ekipaj üzvləri sahildə yatmış ağ ayını görüblər. Onlardan biri gəminin sirenasını işə salaraq heyvanı oyadıb. Səsdən narahat olan ayı yerini dəyişmək məcburiyyətində qalıb.
Adı açıqlanmayan şəxs cəriməni ödəməyə razılaşıb.
Bölgədə turistlərin heyvanları narahat etdiklərinə görə cəzalandırılması ilk belə hal deyil. 2024-cü ildə turistlərdən biri morja həddindən artıq yaxınlaşdığı üçün 11,5 min kron cərimələnib.