Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 22:38

SEPAH: ABŞ-la heç bir danışıq aparılmır

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi general Hüseyn Mohebi ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun müharibə ilə bağlı məsələlər üzrə pərdəarxası kanal vasitəsilə SEPAH nümayəndələri ilə danışıqlar aparması barədə bəyanatını təkzib edib.

Bu barədə Tezadlar.az “Tasnim”ə istinadən xəbər verir.

“SEPAH nümayəndələri ilə amerikalılar arasında heç bir danışıqlar aparılmır”, – o bildirib.

Mohebinin sözlərinə görə, SEPAH “İran xalqının və İslam Respublikasının gücünün əli və səsi”dir və “öz mövqeyini birbaşa döyüş meydanında ifadə edir”.

“Diplomatik məsələlər İslam Respublikasının digər strukturlarının səlahiyyətlərinə aiddir. Bununla yanaşı, mövcud məlumata və XİN rəhbərliyinin bəyanatlarına əsasən, hazırda ABŞ-la hətta diplomatik səviyyədə belə danışıqlar aparılmır”, – SEPAH nümayəndəsi qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!