Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 15:48

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 73 min 400-ə çatıb

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayı 73 min 400-ə çatıb.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 1 ölü və 2 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumlarında 1266 nəfər həyatını itirib, 4200 nəfər yaralanıb və dağıntılar altından 813 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 min 400-ə çatıb, 174 min 312 nəfər yaralanıb.

Qəzza zolağında hələ də dağıntılar altında minlərlə cəsədin olduğu bildirilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!