Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İran arasında davam edən münaqişə fonunda ölkə sakinlərinə potensial raket təhlükəsi barədə xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti BƏƏ-nin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Mövcud vəziyyət və potensial raket təhlükəsi ilə əlaqədar dərhal ən yaxın qorunan binadakı təhlükəsiz yerə keçin”, – məlumatda bildirilib.
Qəzet qeyd edib ki, bu, son bir neçə ay ərzində ilk belə xəbərdarlıqdır. Əvvəlki xəbərdarlıq iyun ayında verilib və yalançı həyəcan siqnalı idi, ondan əvvəlki raket təhlükəsi barədə son xəbərdarlıq isə may ayında daxil olub.