19 Avqust 2026 / 10:51

İtkin düşmüş 39 yaşlı Tovuz sakininin meyiti tapılıb

Tovuzda itkin düşən kişinin meyiti su kanalında tapılıb.

Tezadlar.az  xəbər verir ki, 1987-ci il təvəllüdlü Arzu Müseyibovun meyiti rayonun Xatınlı kəndi ərazisindən keçən su kanalında aşkar edilib.

Belə ki, Arzu Müseyibov avqustun 17-dən itkin düşmüş hesab olunurdu.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!