19 Avqust 2026 / 11:08

Avtomobil su kanalına aşdı – sürücü həyatını itirdi

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə avqustun 18-də saat 01 radələrində rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücülük hüququ olmayan Səid Həziyev idarə etdiyi “VAZ-2107” markalı avtomobilə nəzarəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Səid Həziyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!