19 Avqust 2026 / 19:10

Yeni Günəşlidə su sızmasının qarşısı alındı

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermiş qəza 25 dəqiqə ərzində aradan qaldırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, adıçəkilən ünvandakı binanın yaxınlığında bu gün saat 08.45-də, diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.

QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlayıb, saat 09.10-da axıntının qarşısı alınıb.

Bildirilib ki, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!