20 Avqust 2026 / 08:37

Növbəti ABŞ prezidentinin kim olacağı məlum oldu

ABŞ-ın vitse-prezidenti J.D.Vens hazırkı lider Donald Trampın yerinə keçə biləcək növbəti prezident ola bilər.

Tezadlar.az xəbər verir ki, bu fikri Elon Maskın atası, Cənubi Afrikalı sahibkar Errol Mask “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, belə bir ssenarinin baş vermə ehtimalı olduqca yüksəkdir. Mask həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubionu prezidentliyə daha uyğun hesab edir.

Bir müddət əvvəl “The New York Times” qəzeti Trampın Vensin prezident kimi onun yerinə keçmə qabiliyyətinə dair şübhələrini bildirmişdi. Amerika lideri bir neçə müttəfiqi ilə söhbətində qeyd edib ki, Vens onun köməyi olmadan heç vaxt seçkilərdə uğur qazanmayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!