20 Avqust 2026 / 12:10

Əraqçi: ABŞ-ın “İqtisadi D-Günü əməliyyatı” öz böhranını ört-basdır etmək cəhdidir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İrana qarşı elan etdiyi “İqtisadi D-Günü əməliyyatı”nın öz böhranını ört-basdır etmək cəhdi olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada Əraqçi “İqtisadi D-Günü” adlandırılan təşəbbüsün “ABŞ-ın misli görünməmiş borc və artan faiz xərcləri səbəbindən yaranan öz böhranından yayınma” olduğunu bildirib.

ABŞ-ın uğursuz siyasətinin davam etməsinin Vaşinqtona “daha çox məğlubiyyət” gətirəcəyini iddia edən Əraqçi bunun İranın ABŞ-a qarşı düşmənçiliyini də artıracağını qeyd edib.

Əraqçi sonda deyib: “ABŞ-ın iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və onun dünya miqyasında dominantlığını təhdid edir”.

ABŞ prezidenti Tramp dünən İrana qarşı “indiyə qədər hər hansı bir ölkəyə tətbiq edilən ən əhatəli iqtisadi əməliyyat”a başlayacağını elan edib və İranla iqtisadi əlaqələri davam etdirən ölkələrin ağır iqtisadi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!