20 Avqust 2026 / 14:31

Samvel Karapetyan Paşinyanı Ermənistan vətəndaşlığından imtina etməyə çağırdı

Müxalifətdəki Güclü Ermənistan partiyasının lideri, iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanı Ermənistan vətəndaşlığından imtina etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı jurnalistlərə brifinq zamanı Rusiya və Kipr vətəndaşlığından imtina prosesi ilə bağlı sualı cavablandırarkən verib.

“Niyə Paşinyana niyə Ermənistan vətəndaşlığından imtina etmədiyini soruşmursunuz? O, bu ölkəyə bu qədər bədbəxtlik gətirib; qoy imtina etsin. Bu sualı da ona verin”, – deyə o bildirib.

15 apreldə məhkəmə iclası zamanı Samvel Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün vətəndaşlıqlardan imtina prosesinin başlandığını elan edib.

3 iyunda Güclü Ermənistan partiyasının idarə heyətinin üzvü və partiya liderinin qardaşı oğlu Narek Karapetyan İctimai Televiziyaya verdiyi müsahibədə Rusiya və Kipr vətəndaşlığından imtina prosesinin başladığını və yeni Ermənistan baş nazirinin andiçmə mərasimindən əvvəl başa çatacağını bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!