20 Avqust 2026 / 16:42

Latviya vurulan pilotsuz təyyarənin kimliyini açıqladı

Latviya Müdafiə Nazirliyi 14 avqustda ölkə səmasında vurulan pilotsuz təyyarənin kimliyi ilə bağlı açıqlama yayıb.

Daha əvvəl bildirilmişdi ki, 14 avqustda Latviyanın şərqindəki dörd bələdiyyədə təxminən 30 dəqiqə davam edən hava hücumu xəbərdarlığı verilib. Daha sonra bildirilib ki, bir pilotsuz təyyarə NATO qırıcısı tərəfindən tutulub məhv edilib.

Tezadlar.az xəbər verir ki, Müdafiə Nazirliyi 14 avqustda Latviyada vurulan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib.

Latviya əvvəllər vurulan pilotsuz təyyarənin Belarusdan gəldiyini açıqlamışdı.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!