ETSN-nin proqnozunda qeyd edildiyi kimi, bu gün Bakıda güclü külək əsməyə başlayıb və yağış yağacağı da gözlənilir.
Məlumdur ki, küləkli hava şəraiti ağaclara təsirsiz ötüşmür.


Paytaxtın Xətai rayonunda qurumuş çinar ağacını külək gövdəsindən qopararaq səkiyə atıb. Yəqin ki, bu, küləyin bugünkü ilk performansı deyil… Hələ nə qədər ağac beləcə qırılacaq… Onların arasında qurumamış ağaclar da az olmur…
Qəribəsi budur ki, paytaxtda qurumuş ağaclar zamanında aşkarlanaraq kəsilməli olduğu halda, vəziyyətin bu həddə gəlib çatmasınadək gözləyən əlaqədar qurumlar, idarələr var…
Bəzən yaşıl ağacları kəsməyə əli gələnlər, çox təəssüf ki, quruyan ağacları görməzdən gəlirlər. Bu isə bəzi hallarda bədbəxt hadisələrə, vətəndaşların avtomobillərinə ziyan dəyməsinə səbəb ola bilir.
Hazırda isə səkidən keçənlər yolunu dəyişərək avtomobil yolundan keçmək məcburiyyətindədirlər.
Quruyan ağacların kəsilməsi üçün küləyi gözləmək lazımdır?..



Y.Məmmədli







