Əsas məzmuna keç

Külək paytaxtdakı quruyan ağacları özü “təmizləməli” oldu… – FOTOLAR

ETSN-nin proqnozunda qeyd edildiyi kimi, bu gün Bakıda güclü külək əsməyə başlayıb və yağış yağacağı da gözlənilir.

Məlumdur ki, küləkli hava şəraiti ağaclara təsirsiz ötüşmür.

aqac duşdu
aqac duşdu

Paytaxtın Xətai rayonunda qurumuş çinar ağacını külək gövdəsindən qopararaq  səkiyə atıb. Yəqin ki, bu, küləyin bugünkü ilk performansı deyil… Hələ nə qədər ağac beləcə qırılacaq… Onların arasında qurumamış ağaclar da az olmur…

Qəribəsi budur ki, paytaxtda qurumuş ağaclar zamanında aşkarlanaraq kəsilməli  olduğu halda, vəziyyətin bu  həddə gəlib çatmasınadək gözləyən əlaqədar qurumlar, idarələr var…

Bəzən yaşıl ağacları kəsməyə əli gələnlər, çox təəssüf ki, quruyan ağacları görməzdən gəlirlər. Bu isə bəzi hallarda bədbəxt hadisələrə, vətəndaşların avtomobillərinə ziyan dəyməsinə səbəb ola bilir.

Hazırda isə səkidən keçənlər yolunu dəyişərək avtomobil yolundan keçmək məcburiyyətindədirlər.

Quruyan ağacların kəsilməsi üçün küləyi gözləmək lazımdır?..

sinan aqac

sinan aqac

aqac duşdu

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…