Əsas məzmuna keç

Elgiz Əkbər: Mehriban Xanlarovadan küsmüşəm

Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan küsdüyünü açıqlayıb.

Tezadlar.az xəbər verir ki, aparıcı bu barədə proqramında danışıb. Elgiz Mehriban Xanlarovanın ailəsində yaşanan hadisə zamanı onun yanında olduğunu, lakin anası vəfat edəndə aktrisanın ona başsağlığı vermədiyini deyib:

“Onun ailəsində hadisə baş verdi, onun yanında oldum. Amma mənim anam rəhmətə getdi, Mehriban başsağlığı vermədi. Quruca zəng də vurmadı. Dostumsan, neçə ildir münasibətimiz var. Xeyir işə gəlməyə bilərsən, normaldır. Amma yas elədir ki, gözləyirsən.

Qardaşının yası olandan sonra onu görməmişəm. Düşündüm ki, məni axtarar”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…