2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub.
Bu barədəDövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnozu 6, hepatit B diaqnozu 26, hepatit C diaqnozu isə 30 nəfərdə qeydə alınıb. 2025-ci ilin yanvar-sentyabr aylarında bu rəqəmlər müvafiq olaraq 14, 54 və 41 nəfər təşkil edib.
“2026-cı ilin ilk doqquz ayında viruslu hepatit diaqnozu ilə qeydiyyata alınan 62 nəfərin 28-i qadın, 7-si 0–17 yaş, 55-i isə 18 yaş və yuxarı şəxslər olub”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Hepatit – qaraciyərin iltihablanması ilə müşayiət olunan ciddi xəstəlikdir .







