Əsas məzmuna keç

Avropadan Ukraynaya Patriot raketlərinin çatdırılma tarixləri açıqlandı

Avropa ölkələri qışdan əvvəl Ukraynaya Patriot raket sistemi üçün tutucu raketlər almağı və çatdırmağı planlaşdırırlar.

Tezadlar.az xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, “Avropa ölkələri hazırda Ukraynanın Prioritet Tələblər Siyahısı (PURL) kimi tanınan NATO proqramı çərçivəsində planlarını yekunlaşdırır və tutucu raketlər qışa qədər çatacaq”.

Agentliyin mənbələri Kiyevə çatdırılacaq raketlərin sayını dəqiqləşdirməkdən imtina ediblər, lakin müzakirə olunan yardım paketinin Ukrayna Prezidenti Vladimir Zelenskinin sorğusuna birbaşa cavab olduğunu qeyd ediblər.

Daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın Patriot hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-2 raketlərinin bir hissəsini Ukraynaya bağışlayacağını açıqlayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…