Əsas məzmuna keç

Paşinyan Bakıda heykəlinin ucaldılmalı olduğunu deyib?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıda onun heykəlinin ucaldılmalı olduğunu söylədiyi iddia olunur. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Paşinyan Bakıya səfər etməyə hazırlaşan Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı belə bir fikir səsləndirib.

Məlumata görə, Paşinyan regionda Rusiyanın təsirini əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib. “Hraparak”ın iddiasına əsasən, Ermənistan Baş naziri Qarabağ məsələsinin həlli ilə təkcə Ermənistanı deyil, Azərbaycanı da Rusiyanın “əsarətindən azad etdiyini” söyləyib və bu səbəbdən onun heykəlinin Bakıda ucaldılmalı olduğunu qeyd edib.

Qeyd edək ki, bu məlumat hazırda yalnız “Hraparak”ın yaydığı xəbərə əsaslanır. Paşinyanın sözügedən fikirləri səsləndirdiyini təsdiqləyən rəsmi audio, video və ya stenoqram təqdim edilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…