İsmayıl Kartalın “Fənərbaxça”dan ayrılmasından sonra diqqətlər yeni baş məşqçi axtarışına yönəlib.
Tezadlar.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bildirilir ki, “Fənərbağça”nın baş məşqçisi postuna namizədlər arasında Aykut Kocaman, Volkan Dəmirəl, Selçuk İnan, Bülent Uyğun və Murat Yakın var.
Əcnəbi məşqçi namizədləri arasında isə Antonio Konte, İqor Tudor və Vitor Pereyra adları çəkilir.
Domeniko Tedeskonun “Bolonya”dan ayrılacağı təqdirdə “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə namizədlər arasında ola biləcəyi barədə də şayiələr gəzir.
***
17:50
“Fənərbaxça”nın Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçəsindən sonra baş məşqçi İsmayıl Kartal istefa vermək qərarına gəlib. Lakin prezident Aziz Yıldırım əvvəlcə oyundan sonra istefanı qəbul etməkdən imtina edib.
Tezadlar.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təcrübəli məşqçi bu gün idman direktoru Oğuz Çetinlə görüşdükdən sonra belə geri çəkilməyib.
Addialara görə, İsmayıl Kartalın istefasının əsas səbəbi Əziz Yıldırımın “Roma” ilə oyun zamanı fasilədə soyunma otağına getməsi və müəyyən oyunçuların derbidən sonra meydana çıxmasını təklif etməsi olub.







