Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev iki tanınmış Avropa siyasətçisi arasında görüş zamanı çəkilmiş fotoya şərh verib.
Tezadlar.az xəbər verir ki, ötən həftə sonu Finlandiya lideri Aleksandr Stubb Almaniya kansleri Fridrix Mertslə görüşüb, daha sonra danışıqlar zamanı çəkilmiş fotosunu X sosial media platformasında paylaşıb.
Siyasətçilər maraqlı dekorativ elementi olan divarın qarşısında poza veriblər.
“Belə şən Avropa liderlərinin başları üzərində asılmış balta nəyi simvolizə edə bilər?” deyə Rusiya prezidentinin xüsusi nümayəndəsi soruşub.
ELBAR







