Rusiya Gümrüdəki hərbi bazası ilə bağlı qüvvədə olan razılaşmalara əməl etmək niyyətindədir və Ermənistan tərəfindən də oxşar yanaşma gözləyir.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya hərbi kontingentinin Ermənistanda qalması ikitərəfli razılaşmalarla tənzimlənir:
“Rusiya kontingentinin Ermənistanda qalması müvafiq ikitərəfli razılaşmalarla tənzimlənir, biz öz tərəfimizdən onlara əməl etmək niyyətindəyik. Rəsmi İrəvanın da oxşar yanaşmaya malik olacağına ümid edirik”.
Daha əvvəl Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan bildirmişdi ki, Ermənistan Gümrüdəki 102-ci Rusiya hərbi bazasını ölkə ərazisindən çıxarmaq niyyəti barədə Rusiyadan heç bir məlumat almayıb.







