Əsas məzmuna keç

Zelenskidən sərt ittiham: “Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb”

Zelenskidən sərt ityiham gəldi: “Rusiya son həftələr ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarəyə iki dəfə hücum etməyə çalışıb”. Tezadlar.az xatırladır ki, Zelenski “CBS News” telekanalına müsahibəsində belə bildirib.Sitat: “Mənim prezident təyyarəm Moldovada idi və məhz buna görə onlar Moldovaya hücum etdilər. Biz evə, yenidən Kişinyov üzərindən qayıdarkən onlar eyni şeyi təkrarladılar”. Ukrayna Prezidentinin sözlərinə görə, bu cür hərəkətlər Rusiyanın həm onu, həm də digər xarici ölkə liderlərini qorxutmağa yönəlmiş strategiyasının bir hissəsidir: “…Bəlkə onlar orada amerikalıların olduğunu bilmirdilər, yaxud əksinə, bilirdilər. Çünki mən onlara etibar etmirəm. Düşünürəm ki, bilirdilər. Qatarda avropalılar, amerikalılar, böyük nümayəndə heyəti var idi və onlar zərbə endirdilər”.

Sitatın sonu.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…