“…Kərki Ermənistanın 29743 kvadrat kilometrlik ərazisinə daxil deyil və əgər Yerevan indi başqa mövqe tutsa, bu o mənaya gələcək ki, Ermənistanın ərazisi 29743 kvadrat kilometr yox, 29753 kvadrat kilometr olmalıdır”. Tezadlar.az xatırladır ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı belə deyib. “Əgər biz belə mövqe tutsaq, bu o mənaya gələcək ki, biz Alma-Atı bəyannaməsi əsasında beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınmış əraziyə iddia edir. Bu o demək olacaq ki, biz sülhü pozuruq və müharibəni qaçılmaz edəcək prosesi işə salırıq” – deyə o Güclü Ermənistan Partiyasından deputat İrina Yolyanın “Kərki Paşinyan nə mənaya gəlir? – Ərazi, yol yoxsa obyekt?” sualını cavablandırarkən deyib.
Paşinyan həmçinin deyib ki, Ermənistanın Qara göl və Cermrukun bəzi ərazilərinin Azərbaycan ordu bölmələrinin nəzarətində olması ilə bağlı məsələ iki ölkə arasındakı demarkasiya prosesində həll olunacaq. O məsələnin demarkasiya prosesində həlli ilə bağlı zəmanətin Azərbaycan və Ermənistan demarkasiya komissiyalarının fəaliyyəti barədə birgə müddəada olduğunu bildirib. Hazırda Kərki kəndi də daxil olmaqla Ermənistanın nəzarətində Azərbaycanın iki eksklavı var. Ermənistana aid bir eksklav isə Azərbaycanın nəzarətindədir. Tərəflər iki il öncə Qazaxın işğaldakı kəndlərinin Azərbaycana qaytarılması bağlı razılıq əldə edib və bu ərazindəki 12 kilometrlik sərhəddə demarkasiya işləri həyata keçirilib. Hələlik tərəflərə aid eksklavlarla bağlı məsələnin necə həll ediləcəyi ilə bağlı nə Bakı, nə də Yerevan hələlik hansısa plan açıqlamayıblar. Ermənistan hökumətindən fərqli olaraq ölkədəki rusiyayönlü müxalifət isə eksklavların Azərbaycana qaytarılmasına qarşı çıxış edirlər(“Azadliq Radiosu”).







