Əsas məzmuna keç

GÖMRÜK KOMİTƏSİNİN “MEYVƏLİ” BAZARI-ŞOK FAKTLAR

ŞAİR, FB İSTİFADƏÇİSİ FAİQ BALABƏYLİ YAZIR:
“…Dostum zəng vurdu, soruşdu ki, Gömrük Komitəsinin “Meyvəli” bazarına yaxın ərazidə bir bazarı, yəni xüsusi bazası var, ha, hansı ki, sifarişlə gələn maşınlar ora gətirilir, olmusan orda?
Dedim, yox, olmamışam, amma eşitmişəm, yaxınlıqdan keçəndə görmüşəm, nə məsələdir ki? Dedi, şair, işiniz-gücünüz qurtarıb e, sizin. Vətənpərvər insan axtarıb tapıb, onların müqəddəs Azərbaycan torpağına olan sevgisindən şeir yazıb, adlarına hekayə, roman həsr edib, məqalə dərc edib, kitab bağlayırsınız. Dur gəl bura, gözlərinlə gör, burdakı işçilər, gömrük məmurlarında nə boyda torpağımıza sevgi var… Bunlar bu Gömrük idarəsinin həyətini Kərbala düzü, Məkkə kimi hifz edirlər. Dəyərini qaldırıblar göylərə.
Dedim, ay dostum, necə, taarif şurasının xəbəri olmadan bunlar nəyisə qaldıra bilər? Dedi, “… ay, qardaş, bax, bura ki, maşın gətirildi, “rastomoşkası” ilkin olaraq maşını təhvil almaqdan gedir. Torpaq müqəddəsdir, hər maşından torpaq basdı adına 550-600 azn alınır. Deyirlər ki, torpağı basıb, ölənlərimizin ruhunu sərgərdan qoyursuz, ver bura.
 Hələ bununla da kifayətlənmirlər, Avtokar konteyneri qaldırıb yerə salmaq üçün əlavə 200, maşının hərəkəti yoxdursa çağırdığın eviakotorun, darvazadan içəri keçməsi üçün qapıkəsdiyə 100 azn və sair. Yaz e bu qəhrəman işçilərin şücaətindən. Xahiş edəndə ki, olar bir az güzəşt edəsən, həmən deyirlər, mənim sənin dədənə borcum var? Hər şeyin taskısı var, hesabat verməliyik… və barmağını burnunun deşiyinə soxurmuş kimi yuxarı qaldırıb, lap yuxarını işarə edirlər”.
 Mən də oxucu dostuma dedim, qağa, mən sənə inanmıram, oktyabrda sifariş verdiyim maşın gələndə özüm orda olacam, müşahidə edəcəm. O ki, dəyərlərin, qiymətin qalxmasına qaldı, bu heç də sevgi deyil, bu nəsə başqa şeydir…
Ay, dostlar, siz necə düşünürsüz, dost oxucuya inanım, yoxsa gözləyim, özüm şahidi olum deyilənlərə? Hələ orada maşınlara dövlət nömrə nişanları, “tex posport” veriləndə düşən müsibətdən danışdı, bu haqda sonra…”.
Dövlət Gömrük Komitəsində yəqinki bu statusu oxuyacaqlar… 
Səbuhi
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…