Əsas məzmuna keç

41 yaşlı ulduz Millətlər Liqası oyunlarında iştirak edəcək

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu yenidən Portuqaliya millisinin heyətinə çağırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

41 yaşlı hücumçu UEFA Millətlər Liqasının qarşıdakı oyunlarında Portuqaliya yığmasının heyətində yer alacaq. Komanda sentyabrın 24-də doğma meydanda Uelsi, oktyabrın 4-də isə Norveçi qəbul edəcək. Portuqaliya sentyabrın 27-də Norveç, oktyabrın 1-də isə Danimarka ilə səfərdə qarşılaşacaq.

Ronaldu milli komandanın heyətində indiyədək 233 matçda meydana çıxıb və 146 qol vurub. O, beş dəfə “Qızıl top” mükafatına layiq görülüb, beşqat Çempionlar Liqası qalibidir. Təcrübəli futbolçu, həmçinin Avropa çempionu və ikiqat Millətlər Liqası qalibi olub.

Karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarında çıxış edən Ronaldu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Ən-Nəsr” komandasının formasını geyinir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…