Əsas məzmuna keç

Tbilisidə “ərəb şəhərləri” layihələrin tikintisinə qarşı aksiya keçirilib

Ötən gün Tbilisinin Azadlıq meydanında “ərəb şəhərləri” adlandırılan yaşayış komplekslərinin tikintisinə qarşı aksiya keçirilib. Tezadlar.az xəbər verir ki, aksiyanın “Konservatorlar” birliyi tərəfindən təşkil olunduğu bildirilib. Aksiyada iştirak edən şəxslərin əllərində Gürcüstan dövlət bayraqları və ikonalar, həmçinin “Dil, Vətən, İnanc” yazılmış plakat olub. Aksiya zamanı çıxışlar da edilib. Təşkilatçıların sözlərinə görə, aksiya Gürcüstanda planlaşdırılan investisiya layihələri ilə bağlıdır. Onlar xüsusilə Tbilisinin Krtsanisi meşə-parkı ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihəyə etiraz edirlər. Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə patrul polisinin əməkdaşları səfərbər olunub. Etirazçılar aksiyanın davam edəcəyini bildirirlər. Onlar onsuz da tıxacdan təngə gəldikləri Tbilisinin mərkəzi hissəsində belə bir kompleksin tikintisi ilə vəziyyətin daha da kritik olacağını söyləyiblər.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…