Əsas məzmuna keç

Makron Trampa Rusiya ilə bağlı suallar verəcək

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampdan BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşdə Rusiyaya təzyiqi artırmağı xahiş etmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə BFMTM televiziya kanalı mənbələrə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, Fransa lideri Trampla Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək və onu “düzgün qərarlar” verməyə inandırmaq istəyir: Kiyevi dəstəkləməyə və Moskvaya təzyiq göstərməyə davam etmək.

Bir müddət əvvəl Makron Kiyevə gecə hücumlarından sonra Avropanın Rusiyaya təzyiqini artıracağına söz vermişdi. O, Avropanın “nə yorğunluğa, nə də qorxuya boyun əyməyəcəyini” vurğulamışdı.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…