Əsas məzmuna keç

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə də görüşməyə hazır olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası üçün Nyu-Yorkda olan Zelenski ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündən sonra mətbuat konfransı keçirib.

Prezident Trampla görüşü barədə ətraflı məlumat verən Zelenski müharibənin mümkün qədər tez bitməli olduğunu bildirib və deyib: “Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkət etməliyik”.

Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün liderlərin bir araya gəlməsinin vacibliyini vurğulayıb.

O, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu və Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin zirvə görüşü üçün çalışa biləcəyini bildirib.

Ukrayna prezidenti Zelenski belə bir görüşün baş tutacağı təqdirdə, üç ölkənin liderlərinin müharibə ilə bağlı ən vacib məsələləri müzakirə edə biləcəklərini iddia edərək, “Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil” deyib.

Zelenski həmçinin enerji atəşkəsi məsələsini müzakirə etdiklərini söyləyərək əlavə edib: “Rusiya enerji sektorumuzu hədəf almadığı müddətcə enerji atəşkəsinə hazırıq”.

Zelenski Ukraynanın bu atəşkəsə nail olmaq üçün təkliflərinin ABŞ tərəfindən Rusiyaya çatdırılacağını bildirib.

Əvvəllər ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemində istifadə edilən raketlərin istehsalı üçün lisenziya istədiklərini xatırladan Zelenski bu məsələ ilə bağlı müvafiq ABŞ rəsmiləri ilə işlərin davam etdiyini də bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…