Rusiya Müdafiə Nazirliyi Ukraynadakı gəmilərə, hərbi sənaye obyektlərinə, logistika mərkəzlərinə və anbarlara zərbələr endirdiyini açıqlayıb.
Tezadlar.az-ın məlumatına görə, nazirlik bildirib ki, Rusiya ordusu Ukraynadakı hədəflərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar həyata keçirib.
Məlumatda deyilir: “Paytaxt Kiyevdə və Kiyev bölgəsində PUA anbarı və “Tukans” hərbi sənaye obyekti, Odessada hərbi texnikanın qorunması və saxlanması üçün istifadə edilən üç logistika mərkəzə, Odessa bölgəsindəki hərbi anbar və dənizdə hərbi yük daşıyan gəmiyə zərbə endirilib”.
ELBAR







