“Birliyin Gücü – 2026” Azərbyacan, Türkiyə və Özbəkistan hərbçilərin iştirak etdiyi birgə hərbi təlimdə şərti terrorçuların ələ keçirdiyi gəminin, eləcə də girovların azad edilməsi tapşırığı icra olunub.
Tezadlar.az xəbər veriri ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində təşkil olunan təlimdə Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri cəlb olunub. Hazırlıq prosesində hər üç ölkənin hərbi qulluqçuları fəal iştirak ediblər.
Təlimdə dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, eləcə də yaralıya ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.







