Əsas məzmuna keç

Burhanəddin Duran: Netanyahunun çirkin sözləri onun qırğınlarını ört-basdır edə bilməz

Türkiyənin rabitə direktoru Burhanəddin Duran bildirib ki, “Netanyahunun prezidentimizi hədəf alan iyrənc və çirkin sözləri onun qırğınlarını, Qəzzada baş verən humanitar fəlakəti və beynəlxalq hüquq qarşısındakı prosesləri ört-basdır edə bilməz”.

Tezadlar.az xəbər verir ki, rabitə direktoru Burhanəddin Duran Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan Netanyahuya reaksiya verib.

Kommunikasiya direktoru Duran sosial media hesabında verdiyi açıqlamada bildirib: “Beynəlxalq Cinayət Məhkəməsinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs qərarı verdiyi soyqırımçı Netanyahunun BMT platformasından istifadə edərək Türkiyəyə və Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana qarşı əsassız ittihamlar irəli sürməsi Birləşmiş Millətlər Təşkilatının təmsil etdiyi sülh, hüquq və dialoq idealları ilə uyğun gəlmir.

Netanyahunun Prezidentimizi hədəf alan iyrənc və alçaq sözləri onun qırğınlarını, Qəzzada baş verən humanitar fəlakəti və beynəlxalq hüquq qarşısındakı prosesləri gizlədə bilməz. Bu vəziyyəti beynəlxalq ictimaiyyət də görür və Netanyahu əvvəlkindən daha çox təcrid olunub.

Prezidentimizin rəhbərliyi altında Türkiyə məzlumların, xüsusən də fələstinli qardaş və bacılarımızın hüquqlarını müdafiə etməyə və ədalətsizliyə və zülmə qarşı durmağa davam edəcək; daha ədalətli bir dünya və sülh naminə.”

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…