ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin Ağ Evdə keçirilən görüşdə Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, Çin Mərkəzi Televiziyası (CCTV) danışıqların mövzuları barədə məlumat verib.
Məlumatda deyilir: “İki dövlət başçısı Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla, mühüm beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar”.
Çin lideri həmçinin qeyd edib ki, Pekin və Vaşinqton arasında əməkdaşlıq dünyanın bütün problemlərini həll edə bilməz, lakin “onların çoxunu belə bir əməkdaşlıq olmadan həll etmək çətindir”.
Daha əvvəl Si Cinpin Çin və ABŞ-ın gələcəyi barədə danışıb.
O bildirib ki, “Biz iki böyük dövlətin – Çin və ABŞ-ın – dinc şəkildə birgə yaşadığı yeni bir dövrə doğru düzgün yol açmalıyıq”.
ELBAR







