Əsas məzmuna keç

Tramp Si Cinpinlə görüşdən sonra möhtəşəm tədbirlər vəd etdi

ABŞ Prezidenti Donald Tramp sosial media platforması TruthSocial-da bildirib ki, Vaşinqtonda Çin Prezidenti Si Cinpinlə görüşünün həm ABŞ, həm də Çin üçün çox məhsuldar olub.

Onun sözlərinə görə, hər iki ölkənin qarşıda möhtəşəm tədbirləri var.

Tramp hansı tədbirləri nəzərdə tutduğunu dəqiqləşdirməyib. O, həmçinin görüşdən sonra hər hansı konkret razılaşma təqdim etməyib. Danışıqların təfərrüatları açıqlanmayıb.

Tezadlar.az xəbər verir ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio ABŞ və Çin arasında heç bir möhtəşəm razılaşma olmayacağını bildirmişdi. O, iki ölkənin iqtisadiyyatının və siyasi sistemlərinin çox fərqli olduğunu iddia etmişdi. Tramp və Si Cinpin arasında Vaşinqtonda görüş 24 sentyabrda keçirilməli idi.

Bundan əvvəl tərəflər ticarət müqaviləsinin uzadılması ilə bağlı fikir ayrılığına düşmüşdülər. Vaşinqton onu altı ay müddətinə uzatmaq istəyirdi, Pekin isə Trampın prezidentlik müddətinin sonuna qədər davam etməsində israr edirdi. ABŞ həmçinin hesab edir ki, Çin nadir torpaq metallarının tədarükü ilə bağlı müqavilələrini tam şəkildə yerinə yetirmir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…