Əsas məzmuna keç

Bazarlarda qozu suya salıb çəki artırırlar-FIRILDAĞIN YENİ FORMASI!

…Artıq adiləşib: bölgələrdə və Bakı bazar-dükanlarda təzə qoz adı altında suyasalınıb çəkisi artırılmış qoz satılır. Tezadlar.az əməkdaşlarının apardığı müşahidələr göstərir ki, hətta köhnə, ötən ilki satılmayan qozu da bu qaydada qarışdırıb satmaq istəyən fırıldaqçılar var. Şikayətçi redaksiyaya yazdığı məktubunda deyir: “…Bunlara qarşı tədbir görülməlidir… Qoz satanlar qozu suya salıb 1 gün saxlayaraq bazara çıxarırlar… Guya bunu heç kim başa düşmür. Bayaq yanımızdakı meyvə dükanından almaq istədim, kq-ı 6 manat! Satıcıya deyirəm ki, 14-15 qoz 1 kilo gəlir, halbuki indi təzə yığılan qozun ən azı 30-35-i bu çəkidə olmalıdır. Deməli, qozun kilosu 12-13 manata düşür! Qoz atıb başını tutur, and içir ki, yoxş bu təzə çıxan qozdur. Deyirəm, bax, bu kisədəki qoz su içindədir, kimi aldadırsan?”.

Bəli, hazırda bu hal kütləvidir, sadəcə, alıcılar ayıq olub almamalıdır… Hansı ki, bir neçə günə satılmayan bu cür islanmış qoz kiflənib çürüyəcək…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…