Əsas məzmuna keç

Türkiyə və Azərbaycan müdafiə sənayesi üçün 500 mln. dollarlıq müqavilə imzaladı

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra tədarük müqavilələri və anlaşma memorandumu imzalanıb. Tezadlar.az TRT-Türk-ə istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib. Onun sözlərinə görə, iki ölkənin müdafiə imkanlarını gücləndirəcək müqavilələr aşağıdakılardır:

TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin tədarükünə dair müqavilə;

ASELSAN ilə ALP-100 radarının tədarükünə dair anlaşma memorandumu;

BAYKAR ilə “Mızrak” ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə;

BAYKAR ilə “Antidot” sisteminin tədarükünə dair müqavilə;

ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə.

Haluk Görgün qeyd edib ki, müqavilələrin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür.

“Bu müqavilələrin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıram”, – deyə o əlavə edib

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…