Əsas məzmuna keç

Tramp: Cənubi Koreya ABŞ-nin enerji layihələrinə 200 milyard dollar investisiya qoyacaq

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-dakı əsas enerji layihələrinə 200 milyard dollara qədər investisiya qoymağı planlaşdırdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə verib.

Cənubi Koreyanın ABŞ-a 200 milyard dollara qədər investisiya qoyacağını bildirən Tramp, bu investisiyalara Texasda 6 giqavattlıq elektrik stansiyasının, 8 yeni irimiqyaslı nüvə elektrik stansiyasının və Alyaskada mayeləşdirilmiş təbii qaz boru kəmərinin tikintisinin daxil olduğunu söyləyib.

Tramp deyib: “Amerika tarixində ən böyük enerji infrastrukturu investisiyalarından birini elan etməkdən məmnunuq.”

O, elan edilən investisiya paketinin ABŞ-nin vacib enerji təchizatı zəncirinin təhlükəsizliyini təmin etmək, ölkənin enerji sektorundakı dominantlığını möhkəmləndirmək və Cənubi Koreya və bütün Sakit okean regionu ilə tərəfdaşlığını əvvəlkindən daha güclü etmək üçün böyük bir addım olduğunu bildirib. Tramp həmçinin xatırladıb ki, Cənubi Koreya ticarət müqaviləsi çərçivəsində yüz milyardlarla dollar investisiya qoymalıdır və bunun müqabilində ölkəyə tətbiq edilən tarif dərəcəsi azaldılıb.

Tramp iddia edirib ki, Texasda tikiləcək təbii qaz zavodu “dünyada indiyə qədər tikilmiş ən böyük zavodlardan biri” olacaq və ölkə daxilində tikiləcək 8 yeni nüvə reaktoru ABŞ-nin “dünyanın aparıcı nüvə enerjisi istehsalçısı” mövqeyini möhkəmləndirəcək.

Alyaska LNG boru kəmərinə toxunan Tramp bildirib ki, bu boru kəməri gündə təxminən 4 milyard kub fut LNG təmin edəcək.

Ağ Evin sosial media hesabındakı paylaşıma görə, bu investisiyanın minlərlə iş yeri yaratması və amerikalılar üçün enerji xərclərini azaltması gözlənilir.

Prezident Donald Tramp 2025-ci ilin iyul ayına qədər Cənubi Koreya ilə ticarət razılaşmasına nail olduqlarını və ölkənin ABŞ-a 350 milyard dollar sərmayə qoyacağını bildirib.

İyun ayında Cənubi Koreya həmçinin ABŞ-a 350 milyard dollarlıq investisiya öhdəliyini özündə birləşdirən “Koreya-ABŞ Strateji İnvestisiya İdarəetməsi Xüsusi Qanunu”nun tətbiqi ilə bağlı bir sərəncam qəbul edib.

İnvestisiya paketinə gəmiqayırma əməkdaşlığı üçün 150 milyard dollar və digər strateji sektor əməkdaşlığı üçün 200 milyard dollar daxil idi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…