Əsas məzmuna keç

Ağstafada müəllimlər arasında əlbəyaxa dava

Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova həmkarı Sevinc Əhmədova ilə aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirildiyini iddia edib.

“Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı”, – deyə müəllim bildirib.

P.Məmmədova iddia edib ki, mübahisə zamanı həmkarı onu hədələyib və telefonuna zərər vurub: “Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu”.

Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.

“Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır”, – deyə valideyn narazılığını dilə gətirib.

————

Dünən saat 13:10 radələrində 1981-ci il təvəllüdlü şəxs (qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

_________________

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Milli.Az apa-ya istinadla xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi – 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…