Dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyəti ərzində sərf etdiyi əmək, stress və qazandığı məvacib arasındakı dəyişməyən uyğunsuzluq həyat enerjisini tükədən müəllim Aytəkin İmanova 20 illik kollektivdən ayrılmaq qərarına gəlib. Tezadlar.az xatırladır ki, müəllimin məktəbin direktoruna yazdığı ərizəsinin qısa məzmunu belədir: “Yazıb sizə bildirmək istərdim ki, dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi. “Müəllimlik şərəfli peşədir” kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim.
İndisə 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm. Xahiş edirəm, məni 11 sentyabr 2026-ci il tarixindən öz istəyimlə işdən azad edəsiniz”.
Əslində, bu məktub və çağırış hər il Dövlət büdcəsindən milyardlar alıb xərcləyənlərinvə təhsilimizin “keçəl başında dəlləklik” edənlərin əməyinə verilən qiymətdir.
Təəssüflər olsun!
A.Məmmədli








