Əsas məzmuna keç

İşğal olunmuş Abxaziyanın qondarma “xarici işlər naziri” Rusiyanın xarici işlər naziri ilə görüşüb

İşğal olunmuş Abxaziyanın qondarma “xarici işlər naziri” Oleq Bartsits Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, Rusiya dövlət mediasının yaydığı məlumata görə, görüş zamanı Rusiya ilə Abxaziya arasında iqtisadi və investisiya əməkdaşlığı müzakirə olunub. Sergey Lavrov bildirib ki, Rusiya Abxaziya ilə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial görür: “İnvestisiya sahəsində böyük əməkdaşlıq potensialı görürük. İlk Abxaziya Beynəlxalq İqtisadi Forumunun göstərdiyi kimi, bu istiqaməti inkişaf etdirəcəyik. Ötən il ticarət dövriyyəsinin 16 faiz artması sevindiricidir. Bu, çox yaxşı göstəricidir”, – deyə Lavrov bildirib. Lavrovun sözlərinə görə, işğal olunmuş Abxaziya Rusiya turistləri üçün populyar istiqamət olaraq qalır. Abxaziyanın qondarma “xarici işlər naziri” Oleq Bartsits isə Rusiya ilə münasibətlərin “tarixi maksimum” səviyyəsində olduğunu iddia edib. Bartsits iqtisadi əlaqələrə diqqət çəkərək, genişmiqyaslı və perspektivli infrastruktur layihələrinin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, beynəlxalq hava limanının fəaliyyəti də genişləndirilir. Sitat: “Bir il yarım ərzində hava limanımız artıq 200 min nəfərə xidmət göstərib. Bu, Abxaziyanın iqtisadi sabitləşməsi və inkişafı üçün ciddi əlavə dəyərdir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…