Əsas məzmuna keç

6 nəfəri daşıyan təyyarə itkin düşüb

Əlaqə kəsilən təyyarə üçün ABŞ-da axtarış-xilasetmə əməliyyatları başlayıb.

ABŞ Sahil Mühafizəsi Atlantik Okeanında Bermuda adalarından Bostona gedən 6 nəfəri daşıyan təyyarə ilə əlaqənin kəsilməsindən sonra axtarış-xilasetmə əməliyyatına başlayıb.

Tezadlar.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin verdiyi açıqlamaya görə, Federal Aviasiya Administrasiyası (FAA) 6 nəfəri daşıyan “Gulfstream G100” ilə əlaqənin kəsildiyini bildirdi.

Massaçusets ştatının Nantucket sahillərində hava və dəniz yolu ilə axtarış-xilasetmə əməliyyatı başladılıb.

Təyyarə Bermuda adalarındakı L.F. Wade Beynəlxalq Hava Limanından Bostondakı Logan Beynəlxalq Hava Limanına uçurdu.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…