İraq Parlamenti baş nazirin müavinlərini və kabinetdəki boş nazir vəzifələrinə namizədləri seçib. İraqda Türkmən Cəbhəsinin rəhbəri Məhəmməd Seman Ağa dövlət naziri seçilib.
Tezadlar.az xəbər verir ki, İraq Parlamentində keçirilən səsvermədə Məhəmməd Təmim, Leyt Xəzali və Möhsün Mandalavi baş nazirin müavinləri seçiliblər.
Naif Şammari müdafiə naziri, Yasir Maliki daxili işlər naziri, Kuteybə Qazi planlaşdırma naziri, Haydar Baha ali təhsil naziri, Yasin İtavi mədəniyyət naziri və Əli Rebaz Hemlan yenidənqurma və mənzil naziri təyin edilib.
Məhəmməd Musəvi əmək və sosial işlər naziri, Sefa Kənan isə idman və gənclər naziri seçilib.
Türkmənlərə dövlət nazirləri təyin edildi
İraq Parlamenti Məhəmməd Derracini rəqəmsal iqtisadiyyat və idarəetmə naziri, Əli əd-Duhiylini isə turizm və qədim əşyalar naziri təyin edib.
İraq Türkmən Cəbhəsinin rəhbəri Məhəmməd Seman Ağa da dövlət naziri seçilib.
Parlament tərəfindən seçilən baş nazirin müavinləri və yeni nazirlər and içərək vəzifələrinə başlayıblar.
Lakin hələlik İraq Miqrasiya və Qaçqınlar Nazirliyinə namizəd seçilməyib.
ELBAR







