Bu gün Bakının “Kubinka” kimi adlanan ərazisində yaşayan bir qrup sakin “Təzadlar”a şikayətə gəlmişdi. Əməkdaşlarımız onları dinlədi, videomüsahibələri qeydə alındı. Şikayət “Vialon” MMC adlı tikinti şirkətinin qanunsuz hərəkətləri barədə idi.
Təqdim olunan foto və video faktlarla, eləcə də şikayətçilərin mülkiyyət hüquqlarını təsdiqləyən sənədlərlə tanışlıqdan sonra adı çəkilən “Vialon” adlı şirkətin hüquqi kimliyi ilə bağlı kiçik bir araşdırma apardıq. İnternet resurslarında qarşımıza çıxan video və şikayətnamələr bizi dəhşətə gətirdi… Və şikayətçilərdən biri bu məqamda maraqlı ifadə işlətdi: “Siz düşünürsünüzmü ki, hazırda hicab bəhanəsi ilə küçələrə çıxanların bir qismi də məhz bu tip şirkətin arxasında duran keçmiş deputat Əsabil Qasımovun evini başına uçurtduğu paytaxt sakinləridir, bu etirazlar sabiq deputtaın əməlıərindən havalananların hirs və hikkəsinin məhsuludur?! BU KEÇMİŞ DEPUTAT ELƏ BİL XARİCİ KƏŞFİYYATA İŞLƏYİR! VƏTƏNDAŞLARI ALDADIR, SÖVDƏLƏŞİR, SONRA TƏLƏYƏ SALIR! SONDA DA KÜTLƏVİ ETİRAZLAR BAŞ QALDIRIR… BU SABİQ DEPUTATIN FƏALİYUƏTİ NİYƏ ÖLKƏMİZİN AYIQ-SAYIQ XÜSUSİ XİDMƏT ORQANLARI TƏRƏFİNDƏN ƏTRAFLI ARAŞDIRILMIR?”.
Bunlar vətəndaş mövqeyi olsa da, bizi də dərindən düşündürdü… Və ətraflı araşdırma yazısı təqdim ediləcək…
XXX
Beləliklə, adı çəkilən şirkətin Bakı şəhərinin Nəsimi rayonunda (“Kubinka” kimi tanınan ərazidə) apardığı söküntü və tikinti işləri, yerli sakinlərlə yaşanan münaqişələr və məhkəmə mübahisələri ilə gündəmə gəlməsi artıq ciddi məqamlardan xəbər verirdi.
Apardığımız araşdırmalar isə bizi şoka saldı: məlum olur ki, bu qalmaqallı tikinti şirkətinin- “Vialon” MMC- nin də sahibliyi sabiq deputat Əsabil Qasımun kurasiyasından keçir, sahibi də onun qardaşı oğlu Ramil Qasımovdur(şirkətin nümayəndəsi isə onun adaşı Ramil Quliyevdir).
Apardığımız araşdırmalar isə bizi şoka saldı: məlum olur ki, bu qalmaqallı tikinti şirkətinin- “Vialon” MMC- nin də sahibliyi sabiq deputat Əsabil Qasımun kurasiyasından keçir, sahibi də onun qardaşı oğlu Ramil Qasımovdur(şirkətin nümayəndəsi isə onun adaşı Ramil Quliyevdir).
SONDA: vətəndaşları evsiz- mülksüz qoyan “Vialon” MMC Bakı şəhəri, Nəsimi rayonu (“Kubinka” ərazisi) Ağadadaş Qurbanov, Əlibəy Hüseynzadə və Balababa Məcidov küçələrində bu qalmaqallı- şikayətli işlərlə məşğuldur.
Şikayətçilərin video müsahibələri təqdim ediləcək.
Sual olunur: xarici ölkələrin xüsusi xidmət orqanlarının hicab təxribatına könül verən süni şikayətçilərin bol olduğu bir vaxtda əmlak hüququ pozulan vətəndaşları da bilərəkdən bu cərgəyə qoşmağın adı nədir?
“Təzadlar”ın Araşdırma Qrupu
“Təzadlar”ın Araşdırma Qrupu














